Qeyd
Buta Group müasir tipli İstixana Kompleksinə Priva operatoru vakansiyası elan edir.
Tələblər:
Ali təhsili;
Analoji sahədə minimum 3 il iş təcrübəsi;
Vəzifələr:
Bitkilərin qidalanma prosesini PRIVA istixana proqramı vasitəsilə idarə etmək;
Bitkilərin qidalanmasını damcı sistemi əsasında təşkil etmək;
İstehsalatda istilik qoruyucu və ya əksetdirici ekranlardan istifadə olunmasını təmin etmək;
İstixana bölmələrinin hər birində hava temperaturu və rütubətin ölçülməsi və tənzimlənməsini (aşağı istilik, yüksək istilik) təmin etmək;
Nəfəslik havalandırmanın saz vəziyyətdə olmasını, avtomatik açılması və bağlanmasını təmin etmək;
Hava dövriyyəsi, ventilyatorun qoşulması, söndürülməsi və daimi işlək vəziyyətdə olmasını təmin etmək;
Rütubətliyə nəzarət etmək və artıq istilikdən qorunmasını təmin etmək;
Təcili və fövqəladə hallar siqnallarının qəbul edilməsi və verilməsini təmin etmək;
Nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
Avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsini təşkil etmək.
İş şəraiti:
İş qrafiki 1-6 günlər;
İş yeri: Zirə qəsəbəsi.
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Priva Operatoru” qeyd etməklə CV-lərini gb.orucova@butagroup.com ünvanına göndərə bilərlər.